- Manşet, Mədəniyyət

İstanbul Arxeologiya Muzeyində ilk dəfə 5 min sənət əsəri sərgilənəcək

Dünyanın ən zəngin 5 muzeyindən biri olan İstanbul Arxeologiya Muzeyində 5 min sənət əsərindən ibarət sərgi açılacaq.

AZƏRTAC “TRT”yə istinadla xəbər verir ki, sərgidə xronoloji olaraq hazırlanmış Ellinizm dövrünə məxsus ilk imperator Augustusdan başlayaraq, 26 Roma imperatorunun və onların ailələrinin heykəlləri və nadir kolleksiyalardan biri olan Yunan və Roma sikkələri nümayiş olunacaq. Bununla yanaşı, əsərləri daha yaxşı müşahidə etmək üçün o dövrü əks etdirən tematik şəkil lövhələri də hazırlanıb.

Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə miras qalan İstanbul Arxeologiya Muzeyi Türkiyədəki ilk muzeyşünaslıq işlərini özündə birləşdirir. Muzeyin kolleksiyasında Balkan yarımadasından Afrikaya, Anadolu və Mesopotamiyadan Ərəb Yarımadasına və Əfqanıstana qədər, Osmanlı İmperiyasına daxil olan bütün mədəniyyətlərə aid əsərlər mövcuddur. Muzey üç əsas binadan (Arxeologiya Muzeyi, Qədim Şərq Əsərləri Muzeyi, Çinili Köşk Muzeyi) ibarət olduğu üçün İstanbul Arxeologiya Muzeyləri adlandırılır.