Oktyabrın 12-də İstanbulda “Qarabağın dünəni, bu günü, sabahı” beynəlxalq simpoziumu öz işinə başlayıb.
Tədbir Türkiyənin Mərmərə Universitetinin təşkilatçılığı, Türkiyə Araşdırmalar İnstitutu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Üsküdar rayon bələdiyyəsi və digərlərinin dəstəyi ilə baş tutub.
Simpoziumun açılış mərasimində çıxış edənlər uzun illər davam edən bu münaqişənin tarixə Vətən müharibəsi olaraq yazılan Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində həll olunduğunu bildiriblər.
Bildirilib ki, 44 gün davam edən bu müharibə torpaqlarımızın erməni işğalından azad edilməsi ilə yanaşı, həm də bütün dünya üçün xalqla dövlətin dəmir yumruqla birləşməsinin ən gözəl nümunəsi oldu. Artıq Vətən müharibəsindən sonra Qarabağ münaqişəsinin həlli deyilən bir məsələ qalmayıb. Hazırda bu ərazilərin dirçəldilməsi və bölgədə sülhün bərqərar olması ilə bağlı işlər aparılır. (report)