Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Avqustun 12-də Bakıda iqlim normasından 6.0° yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.