- Cəmiyyət

İsveç “Gripen” qırıcılarını Ukraynaya ötürmək niyyətində deyil

İsveç “Gripen” qırıcılarını Ukraynaya ötürmək niyyətində deyil.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə bu gün Odessa-Ukrayna Media Mərkəzində Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla birgə keçirdiyi brifinqdə İsveçin müdafiə naziri Pol Yonson bildirib.

“Açığı, “Gripen” təyyarələrini göndərmək planları yoxdur”, – isveçli nazir vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, İsveçdən Ukraynaya yeni yardım paketi müasir hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur.