- Cəmiyyət

İsveç NATO-nun Vilnüs sammitində alyansa üzv olmayacaq

“İsveç NATO-nun Vilnüsdə keçiriləcək sammitində alyansa üzv kimi qəbul edilməyəcək”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Türkiyənin həmin vaxta qədər İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətini ratifikasiya etməsi mümkün deyil.