- Cəmiyyət

İsveç təhsildə kağız kitablara və əl yazısına qayıdır

İsveç şagirdlərinin oxuma və yazma bacarıqlarının zəiflədiyini əsas gətirərək təhsildə ənənəvi vasitələrə qayıdır.

İsveçdə təhsil Avropa ortalamasından yüksəkdir. Bununla belə, 2016 və 2021-ci illər arasında uşaqların oxuma və yazma bacarıqlarının azaldığı aşkar edilmişdir. Şagirdlər 2021-ci ildə imtahandan 544 bal toplayıblar. 2016-cı ildə isə onların orta göstəricisi 555 olmuşdu.

İsveçin məktəblərdən məsul naziri Lotta Edholm təhsildə həddindən artıq rəqəmsallaşmanın uşaqların oxuma və yazma bacarıqlarını aşağı saldığı deyib.

Keçən ay məktəbə qayıdan uşaqlar üçün yenidən ənənəvi təhsil-tədris metodlarına qayıtmaq təcrübəsinə başlanıb. Müəllimlər uşaqları rəqəmsal ekranlar əvəzinə çap olunmuş kitablara, səssiz oxu saatlarına və əl yazısı məşqinə yönəldirlər. Nazirlik 6 yaşadək uşaqlar üçün rəqəmsal təhsili tamamilə dayandırmağı planlaşdırır.

İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Şagirdlərə izah edilənləri dəftərdə yazmaq əvəzinə planşetlərdə qeydlər aparmağı öyrədiblər.

Təhsil ekspertləri razılaşırlar ki, dərslər zamanı ekranlardan həddindən artıq istifadə gənclərin əsas fənlərdən geri qalmasına səbəb ola bilər.

İsveç hökuməti bu il məktəblərə kitab almaq üçün 685 milyon kron ayıracaq. Dərsliklərin geri qaytarılmasını sürətləndirmək üçün 2024 və 2025-ci illərdə hər il əlavə 500 milyon kron xərclənəcək. (Marja.az)