- Cəmiyyət

İsveçrə millisi Rusiya ilə oynamaqdan imtina edib

Futbol üzrə İsveçrə millisi növbəti bildirişədək Rusiya yığması ilə oyunlar keçirmək istəmir.

“Report”un məlumatına görə, bu barədə İsveçrə Futbol İttifaqı məlumat yayıb. Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Ukraynaya hücumu pisləyən qurumun bəyanatında bildirilib ki, bu, təkcə beynəlxalq hüququ deyil, həm də FİFA nizamnaməsində irəli sürülən dostluq münasibətlərinin təşviqi kimi futbolun ümumbəşəri dəyərlərini kobud şəkildə pozur: “Biz Ukraynadakı qurbanlara, xüsusilə də milli assosiasiyası və onun bütün üzvlərinə görə narahatıq”.