- Mədəniyyət

İsveçrədə Nizami Gəncəvinin 880 illiyi münasibətilə poçt markası buraxılıb

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən üzərində Nizami Gəncəvinin portretinin təsviri olan poçt markası buraxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma səfirlik ilə İsveçrənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.

Sözügedən poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək.