İtaliyanın “Sampdoriya” klubu baş məşqçisi Roberto D Aversa ilə yollarını ayırıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
D Aversanı 2016 – 2019-cu illərdə “Sampdoriya”da işləmiş Marko Campaolonun əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Sampdoriya” A Seriyasında 22 oyundan sonra 20 xalla 15-ci pillədə qərarlaşıb.