İtaliya Ukraynaya təxminən 20 ədəd M109L özüyeriyən artilleriya qurğusunu təhvil verib.
Bu barədə “La Repubblica” və “Corriere della Sera” qəzetləri məlumat yayıb.
Bir neçə oxşar haubitsa artıq 2022-ci ilin payızında Ukrayna tərəfinə göndərilib.
Məlumata görə, hərbi texnika onlar ötən ilin oktyabrına qədər hakimiyyətdə olan Mario Draqinin hökuməti tərəfindən təsdiqlənmiş yardım paketinin bir hissəsidir. (525.az)