- Mədəniyyət

İtaliyada ilk dəfə “Məhəbbət əfsanəsi” baleti nümayiş olunub

İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti açıq səma altında nümayiş olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan mədəniyyətində, klassik balet tarixində böyük mədəni hadisəni seyr edənlər arasında Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini və digər qonaqlar yer alıblar.

Qeyd edək ki,Azərbaycan Dövlət Akademik opera və Balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Arena de Veronanın səhnəsində olacaq.