- Cəmiyyət, Manşet

İtalyan voleybolçular üçüncü dəfə Avropa çempionu oldular

İtalya qadın voleybolçuları komandası üçüncü dəfə Avropa çempionu oldu.

Trend-in məlumatına görə, komanda Avropa çempionatının final oyununda serbiyalıları məğlub etdi. Oyun Belqradda baş tutub.

Görüş 3-1 (24:26, 25:22, 25:19, 25:11) hesabı ilə başa çatıb.

Daha əvvəl üçüncü yer uğrunda Türkiyə millisi Hollandiyanı məğlub edib (3-1).

İtalyanlar əvvəllər 2007 və 2009-cu illərdə bu titulu qazanıblar, son qitə birinciliyində isə üçüncü yeri tutdular.

Cari çempionatı dörd ölkədə – Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada, ümumilikdə isə iki ildən bir keçirilir.