- Cəmiyyət, Manşet

İyulun 22-23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də I ixtisas qrupu, iyulun 23-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

Mərkəzdən “Report”a bildirilib ki, iyulun 23-də I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan təşkil olunacaq.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.