- Mədəniyyət

“Javs” bütün zamanların ən yaxşı filmi seçilib

Amerikalı rejissor Kventin Tarantino Stiven Spilberqin 1975-ci ildə çəkdiyi “Javs” filmini bütün zamanların ən yaxşı filmi adlandırıb.

AZƏRTAC “iz.ru”ya istinadla xəbər verir ki, Tarantino bundan yaxşı film çəkilmədiyini iddia edib: “Kino nöqteyi-nəzərindən “Javs”dan yaxşı heç nə olmayıb. Bu, indiyə qədər çəkilmiş ən yaxşı filmdir”. Onun sözlərinə görə, çoxları Spilberqin uğurunu təkrarlamağa çalışsa da, indiyədək heç kim buna nail ola bilməyib.

“Javs” filminin süjetində turistlər qondarma Amiti adasının sularında üzərkən nəhəng insan yeyən köpəkbalığının hücumuna məruz qalırlar. Yerli polis rəisi yırtıcı ilə mübarizə aparmaq qərarına gəlir. Bunun üçün o, köpəkbalığı ovçusu və okeanoloqu cəlb edir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova