- Cəmiyyət, Manşet

Jirinovski qazax xalqını təhqir edib

LDPR lideri Vladimir Jirinovski hesab edir ki, Qazaxıstanda bugünkü hadisələrin mənşəyini sovet vaxtlarında axtarmaq lazımdır.

Modern.az xəbər verir ki o, bu barədə “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

Jirinovski hesab edir ki, indiki iğtişaşların mənşəyini respublikanın sovet tarixində axtarmaq lazımdır. Onun fikrincə, sovet rəhbərliyi qazaxların çoxəsrlik həyat tərzini dağıdıb: “Onlar köçəridirlər, onlarda maldarlıq yaxşı alınır. Çöllərdə, səhralarda yaşayırdılar və  şəhərlərə aparılırdılar. Onlar müqavimət göstərdilər, istəmirdilər, amma Xruşov qərar verib …

V.Jirinovskinin fikrincə, Qazaxıstan böhranı Nikita Xruşovun siyasətinin nəticəsi idi: “…Xruşovun əmri ilə bütün milli respublikalarda rəhbər kadrları yerli kadrlarla əvəz etməyə başlayıblar. Üstəlik, universitetlər, ilk növbədə, yalnız yerli millətin nümayəndələrini – bu halda qazaxları qəbul etməyə başlayıblar “.