- Cəmiyyət, Manşet

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi təyin edilib

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.