- Cəmiyyət, Manşet

Kəşfiyyat Rusiya elitasının Putini öldürməyi düşündüyünü deyir

Rusiya elitası arasında Vladimir Putinə müxalif insanlar qrupu formalaşır. Onun aradan qaldırılmasına imkanlarına baxılır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

“Zəhərlənmə, qəfil xəstəlik, bədbəxt hadisə – Rusiya elitası Putinin uzaqlaşdırılması imkanlarını nəzərdən keçirir. Rusiya biznes və siyasi elitası arasında Vladimir Putinə müxalif olan nüfuzlu şəxslərdən ibarət qrup formalaşır. Onların məqsədi Putini hakimiyyətdən uzaqlaşdırmaq, mümkün qədər tez müddətdə Qərblə iqtisadi əlaqələri bərpa etməkdir”, – deyə kəşfiyyat məlumatlarında bildirilir.