- Mədəniyyət

Kafkanın müəmmalı həyatından bəhs edən film çəkiləcək

“Oskar” mükafatına namizəd olan polşalı rejissor Aqneşka Holland XX əsrin ən müəmmalı yazıçılarından biri olan Frans Kafkanın bioqrafiyasını ekranlaşdıracaq.

AZƏRTAC rus mediasına istinadla xəbər verir ki, nəzərdə tutulan layihənin adı “Kafka” olacaq.

Filmin çəkilişləri yaxın zamanlarda başlayacaq.