- Cəmiyyət, Manşet

Kamal Xərrazi: “İran atom bombası istehsal etmək üçün texniki imkana malikdir”

“İran atom bombası istehsal etmək üçün texniki imkana malikdir, ancaq ölkə rəhbərliyinin bu barədə qərarı yoxdur”.

APA-nın xəbərinə görə, bunu İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.

Kamal Xərrazi deyib ki, İranın belə texniki imkana malik olması sirr deyil: “İran bir neçə il ərzində uranı 20 faizdən 60 faizə qədər zənginləşdirməyi bacarıb və asanlıqla uranı 90 faizə qədər zənginləşdirə bilər”.