- Cəmiyyət

Kanadada yəhudi məktəbi bir həftə ərzində iki dəfə atəşə tutulub

Kanadanın Monreal şəhərində naməlum şəxslər yəhudi məktəbini bir həftə ərzində iki dəfə atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hücumlar noyabrın 9 və 12-də baş verib və hər iki halda xəsarət alan olmayıb. Polis binada güllə izləri aşkar ediblər və faktlarla bağlı araşdırma aparılır.

Ümumilikdə, İsraillə HƏMAS arasında müharibə başlayandan bəri Monrealda yəhudi icmasına qarşı 73, ərəb icmasına qarşı 25 cinayət qeydə alınıb.