- Cəmiyyət

Kansler: “Almaniya Rusiya neftindən asılılığa ilin sonunadək tamamilə son qoya bilər”

“Almaniya Rusiya neftindən asılılığa ilin sonunadək tamamilə son qoya bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Biz Rusiyanın enerji ehtiyatlarından tədricən imtina etmək məqsədimizə sadiqik”, – o bildirib.

Kansler söyləyib ki, Almaniya Ukraynada “təlqin olunmuş sülhlə” razılaşmayacaq.