1. Aleksandr Puşkin, “Yevgeni Onegin”
Bu əsərin əsasında dəfələrlə film çəkilib, eləcə də opera yazılıb. Lakin az adam bilir ki, 1830-cu ilin payızında Moskvada vəba epidemiyası tüğyan edirdi ki, bu da Puşkini ailə malikanəsinə getməyə məcbur etmişdi. Puşkin klassikaya çevrilmiş və dünya ədəbiyyatının inciləri sırasına daxil olmuş romanını məhz belə bir özünəməxsus “özünütəcrid” zamanı yazmışdı.
2. Lukian, “Aleksandr və ya saxta peyğəmbər”
Lukian müasir Türkiyənin ərazisində yerləşən Samosata şəhərində anadan olub. O, məşhur dramaturq və satirik idi. Onun əsərlərindən biri olan “Aleksandr və ya saxta peyğəmbər”də həyatlarındakı qarma-qarışıqlıqlara sehrli izah axtaran romalılar lağa qoyulur.
Aleksandr Orta Asiyadan gələn real şəxsin adıdır. Onun barəsində az məlumat var, lakin o, sehrli bacarıqlara malik olduğunu və istənilən xəstəliyi müalicə edə biləcəyini iddia edirdi.
Ona xüsusilə e.ə.165-ci ildə başlayan taun epidemiyası zamanı inanırdılar. Antonin adını alan bu taun Roma imperiyasının bütün ərazisində tüğyan edirdi.
Romalılar özlərini lazımsız əlaqələrdən təcrid etməyə çalışırdılar. Elə həmin zaman Lukian şəfaverici Aleksandr haqqında satirik əsərini yazmışdı.
3. Tomas Mann, “Sehirli dağ”
Bu əsər alman ədəbiyyatının ən gözəl nümunələrindən hesab olunur. Tomas Mannın “Sehirli dağ” əsəri 1924-cü ildə dərc olunub. Kitabda İsveçrənin Alp dağlarındakı vərəm sanatoriyasında müalicə alan qardaşına baş çəkən kişidən danışılır.
Müəllifin özünə bu mövzu yaxın idi, çünki həyat yoldaşı vərəmdən əziyyət çəkirdi. 1912-ci ildə Mann İsveçrə sanatoriyasında həyat yoldaşına baş çəkmişdi. Sonrakı illərdə cütlük tez-tez dünyanın müxtəlif sanatoriya və müəssisələrinin xəstələri olublar. Bu təcrübəsi sayəsində də Mann “Sehrli dağ”ı yaza bilmişdi.
4. Anton Çexov
Çexov ən yaxşı əsərlərini vəba epidemiyası zamanı yazan daha bir rus yazıçısıdır. Belə ki, o, 1892-1899-cu illərdə “Altı saylı palata” və “Qara rahib” kimi məşhur əsərlərini yazıb.
Çexov o zaman öz malikanəsində, demək olar, təklikdə yaşayırdı. Məhz burada o, vəba və aclıqdan əziyyət çəkən yerli sakinlərə kömək edirdi. O, həmçinin həkim işləyirdi. Çexov vərəmdən əziyyət çəkirdi, elə bu xəstəlikdən də 1904-cü ildə dünyasını dəyişmişdi.
5. Con Milton, “İtirilmiş cənnət”
İngilis yazıçısı Con Milton əsasən “İtirilmiş cənnət” əsəri ilə şöhrət qazanmışdı. Milton əsəri yazarkən kor olub. 1652-ci ildən 1667-ci ilə qədər o, öz əsərini yazmaqları üçün ailə üzvlərinə və dostlarına diktə edirdi.
1665-1666-cı illərdə Londonda tüğyan edən böyük vəba epidemiyasından qorunmaq üçün onun ailəsi yeni evə köçməli oldu. O, məhz təcrid olunduğu zaman “İtirilmiş cənnət” əsərini ərsəyə gətirib.
6. Covanni Bokkaçço, “Dekameron”
“Dekameron” italyan yazıçısı Covanni Bokkaçço tərəfindən təxminən 1352-1354-cü illərdə yazılmış yüz novella toplusudur.
Kitabdakı hadisələr 1348-ci ilin taun epidemiyası zamanı baş verir. Nəcib nəsildən olan üç kişi və yeddi qadından ibarət qrup epidemiyanın baş aldığı Florensiyanı tərk edərək şəhərdən kənarda yerləşən villada məskunlaşırlar. Karantin dövründə onlar əsərin əsasını təşkil edən 100 hekayəni nəql edirlər.
Hesab edilir ki, Bokkaçço bu əsərini Florensiyada tüğyan edən taun epidemiyası zamanı yazıb. Müəllifin özü də, qəhrəmanları kimi, xəstəlikdən qaçmaq və İtaliya şəhərlərinə səyahət etmək üçün Florensiyanı tərk edib.
7. Vilyam Şekspir
Vilyam Şekspir bütün ömrü boyu taun epidemiyaları ilə üzləşib. Hətta uşaq olarkən Şekspir 1564-cü ildə baş qaldıran taun epidemiyası zamanı sağ qalanlardan biri olub.
Taunun adı Şekspirin bir çox əsərlərində, o cümlədən məşhur “Romeo və Cülyetta” pyesində də çəkilir.
1605-1606-cı illər Şekspirin yaradıcılığın zirvəsi hesab olunur. Belə ki, bu zaman “Kral Lir”, “Makbet” və “Antoni və Kleopatra” kimi əsərlərini ərsəyə gətirmişdi.
Ekspertlər hesab edirlər ki, onun məhsuldarlığı bu dövrdə İngiltərədə taun epidemiyasının tüğyan etməsi ilə bağlıdır. Bu zaman Şekspir karantində qalaraq, çoxlu yazmalı olub.
Mənbə: yeniavaz.com