- Mədəniyyət

“Karneqi Zalı” iki rusiyalı sənətçini konsertdə çıxışından məhrum edib

Nyu-Yorkun “Karneqi Zalı” məşhur rus dirijoru Valeri Gergievin bu həftə “Vyana Filarmoniyası”nda konsert verməyəcəyini, onun yerinə kanadalı Yannik Nezet-Seqinin çıxış edəcəyini bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar Gergievin Yannik Nezet-Seqin ilə əvəzlənməsinin səbəbini izah etməyib. Bundan əlavə, rusiyalı pianoçu Denis Matsuyevin bu gün keçiriləcək konsertdə iştirakının da ləğv edildiyi bildirilir.

Məlumatda vurğulanır ki, Denis Matsuevin yerinə orkestrlə çıxış edəcək pianoçunun adı daha sonra açıqlanacaq.