Oktyabrın 22-24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək BRICS sammiti çərçivəsində tanınmış rusiyalı rejissor Qriqori Naxapetovun “Planetlə dialoq” adlı sənədli filmi nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.
Qeyd edək ki, ekran əsəri məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub.