“Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”.
“Report” xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bəyan edib.
“Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə (təşkilata -red.) dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, Rusiya NATO rəsmiləri ilə danışıqlarda Avropadan Alyansın genişlənməsinə veto qoymağı tələb edib.
“NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”.