- Cəmiyyət

Kilsə də Paşinyana qarşı mitinqə qoşulacaq

Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı noyabrın 5-də İrəvanda Paşinyanın istefası tələbilə mitinq keçirəcək.

Modern.az xəbər verir ki, Erməni Apostol Kilsəsi də mitinqə qoşulmaq qərarı verib.

Erməni keşişlərin aksiyada iştirak edəcəyini “Hraparak”a yepiskop Baqrat Qalstanyan təsdiqləyib.

“Bəli, mitinqdə iştirak edəcəyik. Biz bu çətin günlərdə bacı-qardaşlarımızı tək qoya bilmərik”,-deyə o bildirib.