Ta qədimlərdən tatarlarda yeni doğulmuş uşağa gözəl, melodik və mənalı bir ad vermək valideynlərin ən vacib vəzifələrindən biri sayılır. Çünki bir çox inanclara görə, bu ad insanda müəyyən keyfiyyətlərin mövcudluğunu, hətta taleyi müəyyən edir. Tatarlar qədim zamanlardan, hətta islamdan əvvəlki dövrdə də ad qoymağa diqqətli olublar. İslamın qəbulu ad qoyma mərasiminə öz düzəlişlərini gətirib.
“Allahım, Sənin adınla uzandım, Sənin adınla qalxacağam. Canımı alsan, ona rəhm elə”. Uşaq vaxtı nənələr körpələri üçün belə dua edirlər. Uşaq gözləyən qadınlara sapla / iplə nəsə toxumaq qadağan edilir: “Toxuma, körpənin göbəyini bağlayacaqsan”. Tatarlar hesab edirdilər ki, bu halda körpənin göbək bağı dolana bilər. Həm də qədim tatar inanclarına görə, hamiləlik dövründə pis ruhlar ana bətnində olan körpəni dəyişdirə və ya hətta öldürə bilər. Buna görə qohumlar hamilə qadını uzun müddət tək qoymamağa çalışırlar.
Bu günə qədər kəndlərdə körpənin doğum evindən gəlişi üçün tavana bərkidilən asma beşik – bişek hazırlanır. Adqoyma mərasimindən on gün əvvəl uşağı yalnız qohumlarına göstərirlər və bu zaman pis gözdən qorunmaq üçün körpənin alnına pomada, duz və ya kömür sürtülür. Bu on gün, inanclara görə, yeni doğulmuş körpə üçün ən təhlükəli dövrdür.
Hesab edilir ki, adı olmayan körpə iki dünya arasında yaşayır və cin onu apara bilər. Pis ruhların hücumlarından qaçmaq üçün yşağın yastığının altına dəmir bir şey qoymaq adətdir. Tatarlar dəmirin uşağın ruhunu qoruyacağına və ona rahat yuxu bəxş edəcəyinə inanırlar.
Amma zaman dəyişir. Əgər əvvəllər uşağa əvvəlcədən ad verməməyə çalışırdılarsa ( onun gözə gələcəyindən qorxurdular) indi hətta üzərində uşağın adı işlənmiş paltar alırlar.
Dindar ailələr həmişə orijinal tatar adlarını seçib, evə molla dəvət edirlər. Molla gəlir və xütbə oxuyur. Sonra uşağı yanına gətirməyi xahiş edir. Valideynlərin körpəyə hansı adı vermək istədiklərini soruşur. Elə olur ki, bu, müsəlman qanunlarına uyğun gəlmir və sonra ailədən başqa bir ad xahiş edirlər. Hamı razılığa gələndə molla adı birbaşa uşağın qulağına deyir və bunu üç dəfə edir.
Belə bir inanc var: əgər uşaq mərasim zamanı ağlayırsa, deməli, bu adı bəyənib və ad ona xoşbəxtlik gətirəcək.
Ad qoyma mərasimi bilavasitə mamaça ilə bağlıdır. Ədəbi dildə bu peşə sahiblərinə, adətən, “kəndək abise” deyirlər. Onlar yeni doğulmuş uşağa “müvəqqəti ad” qoyur və tatarlara ona “kendek atı” / “göbək adı” deyirlər.
Hazırda ad vermə mərasimi aşağıdakı mərhələlərdən ibarətdir:
Mollanın dəvət edilməsi. Qiyamət günü Allahın hüzuruna çıxacaq körpəyə ad qoymaq ancaq mollanın haqqıdır. Yeni doğulan uşağın dini təhsili olan atası, babası və ya qardaşı da bu proseduru həyata keçirə bilər;
Adlandırma prosesi. Yeddinci gündə bir uşağa ad vermək optimal hesab olunur, lakin bu şərt məcburi deyil. Prosedura uşaq yatarkən də icazə verilir. Ritual özü aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Uşaq üzü qibləyə çevrilir (uşağın başı yastığa qoyulur, ayaqları qibləyə uzadılır və mollanın qarşısına qoyulur); molla azan oxuyur, uşağın sağ qulağının üstünə əyilib, onun adını üç dəfə yavaşca tələffüz edir.
Mənbə: ntr-24, ru, tatcultresurs, ru