Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli dramaturq Əbdürrəhman bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, ilahi-komediya janrında olan bu səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır.
Yanvarın 30-da göstəriləcək tamaşada bir ailənin timsalında qadın və kişi münasibətlərindəki ümumbəşəri ziddiyyətlər incə yumorla tamaşaçılara çatdırılır.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Qeyd edək ki, tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2013-cü il mayın 6-da keçirilib. Tamaşa birinci Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və fəxri diplomla təltif olunub.