Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Sən azadsan, Cəbrayıl” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın soaial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2020-ci il oktyabrın 4-də rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək yenidən Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. (azertag)