- Mədəniyyət

Kitabxana “Üzeyir Hacıbəyli zirvəsi” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Milli Musiqi Günü ilə əlaqədar “Üzeyir Hacıbəyli zirvəsi” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

Qeyd edilib ki, bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində milli bəstəkarlıq məktəbinin əsasını qoyub. Dahi bəstəkar Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.