ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olan Demokratlar Partiyasının nümayəndələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif ediblər.
APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
İddia edilir ki, demokratların təqdim etdiyi qanun layihəsində təkcə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı müddəalar deyil, həm də təhlükəsizlik və yenidənqurma üçün Ukraynaya maliyyə ayrılması ilə bağlı bənd də var.
Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miks tərəfindən hazırlanıb.