- Cəmiyyət

KİV: Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsi barədə göstəriş verib

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsi barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Ötən həftə Ağ Evin mətbuat katibi Karolin Livitt dövlət departamentinə, xəzinədarlıq departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün bütün səyləri dayandırmağı tələb edən direktiv göndərib.

Nəticədə ABŞ prezidenti Donald Trampın İrana maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dalana dirənib.

Livittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib, lakin sanksiyalarla bağlı istənilən yeni qərarın ya Ağ Ev, ya da müvafiq departamentlər tərəfindən elan ediləcəyini bildirib.

Qəzet qeyd edib ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana qarşı məhdudiyyətlər tətbiq edib, o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.