ABŞ dövlət katibi Entoni Blinkenin gələn ilin əvvəlində Çinə səfər edəcəyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Ağ Evə istinadən məlumat yayıb.
ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin Çinə bu səfəri 2018-ci ildən indiyədək bu səviyyədə ilk səfər olacaq.
Bundan əvvəl Ağ Ev bildirib ki, ABŞ Prezidenti Cozef Bayden və ÇXR sədri Si Cinpin Balidə keçirilən görüşdə Blinkenin Çinə səfəri ilə bağlı razılığa gəliblər.