Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilərin) obyektlərinə iki yeni aviazərbə vurublar.
“Report” xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar Yəmənin Əl-Hodeyda əyalətinin Beyt əl-Fəqih şəhərinin ətrafına edilib.