- Cəmiyyət, Manşet

KİV: “Çin Bayden və Si Cinpinin görüşünə hazırlıq görür”

Çin rəsmiləri noyabrda keçiriləcək İyirmilər qrupu və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüşə hazırlıq işləri görürlər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, Çin liderinin xaricə səfərinin bu hissəsinin planlaşdırılması ilkin mərhələdədir və əlavə düzəlişlər edilə bilər.

Nəşr qeyd edir ki, bu planlar təsdiqlənərsə, Si Cinpin təxminən üç ildə ilk xarici səfərini edəcək və 2021-ci ilin yanvarında Amerika liderinin andiçmə mərasimindən sonra ilk dəfə Baydenlə görüşəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova