İsrail ABŞ rəsmilərinə bir neçə həftə ərzində Qəzza zolağının şimalında təmizləmə əməliyyatı keçirəcəyi barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, bundan sonra İsrail Fələstin anklavının cənubunda hücumu genişləndirmək üçün ayrıca təşəbbüs hazırlayacaq.
Mənbələrin bildirdiyinə görə, İsrailin Qəzzada quru əməliyyatına başlamaqla bağlı tələsik qərar verib. Nəticədə ölkə komandanlığının mülki vətəndaşlar üçün riskləri azaltmaqla bağlı ehtiyat planları qurmağa vaxtı olmayıb və bu da çoxlu sayda itkini qaçılmaz edib.