- Cəmiyyət

KİV: İsrail kəşfiyyatı “Şifa” xəstəxanasının Qəzzadan atəşə tutulduğunu güman edir

“Şifa” xəstəxanasına hücum Qəzza zolağından olan bir qrup silahlı tərəfindən həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə “NBC” kanalı İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, mərmi Qəzza zolağından yaraqlılar tərəfindən buraxılıb, lakin nasazlıq səbəbindən xəstəxanaya düşüb. İsrailin təhlükəsizlik sözçüsü bildirib ki, ordu hücumla bağlı əməliyyat sistemləri və kəşfiyyat məlumatlarına böyük baxış keçirir