İsrail yaxın günlərdə Qəzza zolağında hərbi əməliyyatını genişləndirə bilər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” Tel-Əvivin planları ilə tanış olan adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, on minlərlə əsgər ehtiyatdan orduya çağırılacaq.
Bildirilir ki, bu qərar İsrailin təhlükəsizlik kabinetinin mayın 2-də keçirilən iclasından sonra qəbul edilib.
Xatırladaq ki, martın 18-nə keçən gecə İsrail Ordusu Qəzza zolağına zərbələri bərpa edib. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin HƏMAS hərəkatı ABŞ-nin atəşkəsin uzadılması və girovların azad edilməsi planını qəbul etmədiyi üçün hücumlar davam edir.