- Cəmiyyət

KİV: “Konqresmenlər Baydendən Ukraynaya “F-16” qırıcıları verilməsini istəyib”

ABŞ-da beş konqresmen ölkə Prezidenti Cozef Baydenə məktub yazaraq onu Ukraynaya “F-16” qırıcıları verməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciəti ABŞ Konqresinin Nümayəndələr Palatasının 435 üzvündən beşi, o cümlədən həm demokratlar, həm də respublikaçıların nümayəndələri imzalayıb.

“Belə təyyarələrin verilməsi Ukraynaya öz hava məkanını qorumağa kömək etmək üçün lazımdır”, – konqresmenlərin bəyanatında deyilir.