- Cəmiyyət, Manşet

KİV: “Moskvaya dronlarla hücumu Ukrayna Baş Kəşfiyyat İdarəsi həyata keçirib”

“Rusiyanın paytaxtı Moskvaya ötən gecə edilən hücum Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı idi”.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarından bildirilib.

Məlumata görə, PUA-ların hamısı Moskvaya “uçub”.

Qeyd edək ki, Moskvaya iki PUA ilə hücum olub. Onlardan biri “Lerua-Merlen” ticarət-mərkəzinə, digəri isə Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsinin kiber kəşfiyyat mənzil-qərargahına düşüb.