- Cəmiyyət

KİV: “Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədəki hərbi hissəsində atışma olub, onlarla ölən var”

Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“Baza”nın məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Eyni zamanda “SOTA” teleqram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Bununla belə, atəş açan hərbçilərin sayı 3 nəfər olub. Onlardan ikisi yerindəcə öldürülüb, 1-i isə qaça bilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.