- Cəmiyyət

KİV: Ukrayna ordusu Kurskdakı ərazilərdən geri çəkilməyə hazırlaşır

Ukrayna ordusunun hərbi birləşmələri Rusiyanın Kursk vilayətində nəzarət etdiyi ərazilərdən geri çəkilməyə hazırlaşır.

APA xəbər verir ki, bu məlumatı RİA “Novosti” Rusiyanın güc strukturlarındakı mənbələrdən əldə edib.
Agentliyin məlumatına əsasən, sözügedən addım Rusiya ordusu Yunakovka-Sudja magistralını atəş nəzarətinə götürdükdən sonra Ukrayna hərbçilərinin çətinliklərlə üzləşməsi ilə izah edilir.