- Cəmiyyət

Kiyevə PUA hücumu olub, inzibati bina yanıb

Rusiya qoşunları Ukraynanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində inzibati bina yanıb.

Məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.