- Cəmiyyət

Kiyevdə küçə döyüşləri başlayıb

Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Report“un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən “Beresteyska” və “Şulyavska” metrostansiyaları yaxınlığında, “Pobeda” prospektində ağır döyüşlər gedir.

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, “Beresteyska” yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri “Şulyavska” metrostansiyası yaxınlığında hücuma keçiblər.