Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında görüş başlayıb.
APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, görüşdə Ukrayna ətrafında yaranmış gərginlik müzakirə edilir.
Olaf Şoltsun Vladimir Zelenski ilə görüşdən bir gün sonra Moskvaya səfər edəcəyi və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Almaniya Kanslerinin ofisindən jurnalistlərə bildirilib ki, Olaf Şoltsun Moskvaya Kiyevdən uçması Ukrayna ilə həmrəylik və güclü dəstək siqnalı kimi anlaşılmalıdır.