- Cəmiyyət

Kiyevin dəmiryol vağzalında güclü partlayış olub

Kiyevin dəmiryol vağzalında yeraltı keçidi ərazisində güclü partlayış olub.

Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.

Şahidlərin sözlərinə görə, hadisə dünən yerli vaxtla saat 20:50 radələrində olub. Zərbə vağzalın şüşələrini silkələyib və ərazidəki avtomobilin siqnalı işə düşüb.

“Dəmiryol vağzalının yeraltı keçidinin ərazisinə zərbə endirilib. “İbis” oteli ilə “Yujnaya” arasında”, – Qeraşenko deyib.

Qeraşenko bunun hansı mərmi olduğunu hələ deməyib. Güman edilir ki, bu, raket zərbəsi ola bilər.

Daha sonra xəbər verilib ki, rusiyalı hərbçilər Kiyevdə minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu Cənub Dəmiryol Vağzalına hava zərbəsi endiriblər.

Qeyd olunur ki, mərmi “İbis” otelinin yaxınlığında düşüb, stansiya binasına cüzi ziyan dəyib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qatarların hərəkəti davam edir.