- Cəmiyyət

Klublararası dünya çempionatının püşkü atılıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Mayamidə (ABŞ) baş tutan püşkatmadan sonra 32 komanda 8 qrupda yer alıb.

A qrupu: “Palmeyras” (Braziliya), “Portu” (Portuqaliya), “Əl-Əhli” (Misir), “İnter Mayami” (ABŞ)

B qrupu: PSJ (Fransa), “Atletiko” (İspaniya), “Botafoqo” (Braziliya), “Sietl Saunders” (ABŞ)

C qrupu: “Bavariya” (Almaniya), “Benfika” (Portuqaliya), “Boka Xuniors” (Argentina), “Oklend Siti” (Yeni Zelandiya)

D qrupu: “Flamenqo” (Braziliya), “Çelsi” (İngiltərə), “Leon” (Meksika), “Esperans” (Tunis)

E qrupu: “River Pleyt” (Argentina), “Monterrey” (Meksika), “İnter” (İtaliya), “Urava Red Daymonds” (Yaponiya)

F qrupu: “Fluminense” (Braziliya), “Borussiya” (Dortmund, Almaniya), “Ulsan” (Cənubi Koreya), “Mamelodi Sandaunz” (CAR)

G qrupu: “Mançester Siti” (İngiltərə), “Yuventus”, “Vidad” (Mərakeş), “Əl-Əyn” (BƏƏ)

H qrupu: “Real” (İspaniya), “Zaltsburq” (Avstriya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Paçuka” (Meksika).

Qeyd edək ki, turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.