Azərbaycan Kommunist Partiyası 1 May – Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Modern.az xəbər verir ki, İcra Hakimiyyəti tərəfindən müraciətə baxılıb və etiraz edilməyib.
Qeyd edək ki, mərasim Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsinin önündə keçiriləcək.