- Mədəniyyət

“Könlüm keçir Qarabağdan” adlı Respublika İncəsənət festival-müsabiqəsi keçirilib

“Şuşa ili” ilə bağlı məktəblilər arasında 9 aprel 2022-ci il tarixində  Bakının Müşfiqabad qəsəbəsində yerləşən Ağdam 33 nömrəli məktəbdə  “Könlüm keçir Qarabağdan” adlı Respublika İncəsənət festival-müsabiqəsi keçirilib. Tədbirdə Bakıda yerləşən Ağdam məktəblərindən 40-adək istedadlı şagird iştirak edib. Tədbirdə bədii qiraət, musiqi, rəqs, mahnı oxumaq qabliyyəti olan şagirdlır çıxış ediblər. Tədbirin 2-ci hissəsində xüsusi  rəsm çəkmək qabliyyəti olan şagirdlərin rəsm müsabiqəsi keçirilib.
Tədbirin təşkilatçısı Ağdam RTŞ-nin məsləhətçisi Sevinc xanım Bayramova idi. Tədbirdə Ağdam rayon 28,33, 35, 37, 38, 88, 71, 81 , 88, 149 nömrəli məktəblərin istedadlı şagirdləri iştirak edib.
“Könlüm keçir Qarabağdan”  müsabiqəsinin 2-si turu 11 aprel 2022-ci il tarixdə Ağdamın Quzanlı qəsəbəsində keçiriləcək.
Müsabiqədə Ağdam 38 saylı məktəbi 6-cı “b” sinif şagirdi Ləmən Əlizadənin “Şuşanın dağları..” mahnısı ilə təmsil edirdi. Sonda 33 nömrəli Ağdam köçkün tam orta məktəbin şagirdləri Zamiq və Fatimənin səsləndirdiyi “Qarabağ şikəstəsi” öz əzəməti ilə bütün salonu ayağa qaldırdı.
“Könlüm keçir Qarabağdan”  müsabiqəsi Qarabağın – Şuşanın əsl sahiblərinin kim olduğunu bir daha sübut etdi. O torpaqda doğulmasalar da, gendən gələn səs o uşaqların həmin torpağa aidliyini bildirir…

Ağdam rayon 38 nömrəli köçkün tam orta məktəbin tərdiyə işləri üzrə direktor müavini Gülyaz Əliyeva