ABŞ Konqres Binasının qarşısında ziyarətçi mərkəzinə girmək istəyərkən saxlanılan bir şübhəli şəxsin bel çantasında iki şüşə benzin aşkarlanıb.
APA xəbər verir ki, bu barədə CBS telekanalı Konqres Binasının mühafizə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə həmin şəxs yerli vaxtla saat 12:20-də Konqres Binasına girməyə cəhd edib. Axtarış zamanı onun bel çantasından iki şüşə yanacaq və çoxlu kağız aşkarlanıb.

Qeyd edək ki, prezident seçkilərində qalib gələn namizəd 2025-ci il yanvarın 20-də and içəcək və 4 il müddətinə ABŞ-ın 47-ci prezidenti olacaq.